Səhiyyə Nazirliyi: Azərbaycanda 89 sümük iliyi transplantasiyası aparılıb

Səhiyyə Nazirliyi: Azərbaycanda 89 sümük iliyi transplantasiyası aparılıb
# 30 dekabr 2019 14:20 (UTC +04:00)

"2019-cu ildə dövlət hesabına 915 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub ki, onlardan 263-ü uşaqdır. 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin 2019-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

ONun sözlərinə görə, Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir.

Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR