Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralanıb

Pakistan daxili işlər naziri sui-qəsd zamanı yaralanıb
# 06 may 2018 16:44 (UTC +04:00)

Bu gün Pakistan daxili işlər naziri Axsan İkbal Pəncab vilayətinin Naroval şəhərində sui-qəsdə məruz qalıb, güllə yarası alıb.

APA-nın məlumatına görə, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Hadisə şəhərdə keçirilən mitinq zamanı baş verib. Daxili işlər naziri avtomobilində olarkən 20-22 yaşlı gənc yaxınlaşıb və atəş açıb. Güllə A. İkbalın sağ çiyninə dəyib və nazir xəstəxanaya yerləşdirilib. A. İkbalın həyatı üçün təhlükə yoxdur.

Daxili işlər nazirinə atəş açan şəxs saxlanılıb. Hadisənin motivi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR