Azərbaycan prezidenti cəbhədə hərbi hissənin açılışında iştirak edib

Azərbaycan prezidenti cəbhədə hərbi hissənin açılışında iştirak edib
# 03 dekabr 2016 09:04 (UTC +04:00)

Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi, müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR