Rusiya bu gündən neft hasilatının həcmini azaltmağa başlayıb

Rusiya bu gündən neft hasilatının həcmini azaltmağa başlayıb
# 01 yanvar 2017 00:58 (UTC +04:00)

Rusiya OPEK-lə neft bazarının sabitləşdirilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində yanvarın 1-dən neft hasilatının həcmini azaltmağa başlayıb.

APA--nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya energetika naziri Aleksandr Novak Rusiyanın neft hasilatını nəinki dondurmaq, hətta azaltmaq niyyətində olduğunu qeyd edib.

Novakın sözlərinə görə, ölkədəki bütün neft şirkətləri hasilat həcmininin azaldılmasına razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR