Belçika parlamenti uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib

 Belçika parlamenti uydurma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edib
# 24 iyul 2015 07:26 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. Belçika Parlamentinin Nümayəndələr Palatası iyulun 23-də uydurma "erməni soyqırımı"na dair qətnamə qəbul edib.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, səsvermədə Nümayəndələr Palatasının 124 üzvü sənədin lehinə səs verib, 8 deputat bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, müxalifət daha birmənalı sənədin vacibliyini bildirərək qətnamənin mətnini tənqid edib, lakin Belçika baş naziri Şarl Mişelin iyun 18-də Nümayəndələr Palatasında öz hökuməti adından "erməni soyqırımı"nı tanıması faktını nəzərə alaraq, sənədin lehinə səs verib.

Xatırladaq ki, Belçika Senatı uydurma "erməni soyqırımı"nı 1998-ci ildə tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR