DGK xətti ilə büdcə daxilolmaları 88% artıb

DGK xətti ilə büdcə daxilolmaları 88% artıb
# 13 mart 2017 11:36 (UTC +04:00)

Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 194 mln. 938,9 min manat təşkil edib. "APA-Economics" komitənin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu, 2016-cı ilin eyni ayı ilə müqayisədə 91 mln. 312,24 min manat və ya 88,12% çoxdur.

Cari ilin yanvar ayı ilə müqayisədə isə daxilolmalar 20 mln. 976,3 min manat və ya 12,06% artıb.


Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 50 mln. 482,4 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 136 mln. 690 min manat, aksizlər üzrə 5 mln. 361,8 min manat, yol vergisi üzrə isə 2 mln. 404,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR