Peterburqda terrorda ölən və yaralanan azərbaycanlılar Rusiya vətəndaşıdır

Peterburqda terrorda ölən və yaralanan azərbaycanlılar Rusiya vətəndaşıdır
# 04 aprel 2017 09:59 (UTC +04:00)

Sankt-Peterburqda terror aktı nəticəsində ölən Dilbər Əliyeva Rusiya vətəndaşıdır.

Bu barədə APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.

O, Dilbər Əliyevanın dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasına çatdırıldığını deyib: "Təəssüf olsun ki, soydaşımız həyatını itirib".

D. Əliyevanın əslən Azərbaycanın Gəncə şəhərindən olduğunu qeyd edən diplomat bildirib ki, o, Rusiya vətəndaşıdır.

S. Qasımov terror aktı nəticəsində yaralanan soydaşımız Vəliyev Zaur Müşfiq oğlunun xəstəxanada olduğunu bildirib: "Zaur Vəliyevin də əsli Gəncədəndir. O da Rusiya vətəndaşıdır. Hazırda Z. Vəliyev İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyə şöbəsində müalicə olunur".

Qeyd edək ki, dünən Sank-Peterburq metrosunda partlayış törədilib. Son məlumata görə, partlayış nəticəsində 11 nəfər həlak olub, 51 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR