Bu axşam paytaxtın mərkəzində 3 yol təmirə bağlanacaq

Bu axşam paytaxtın mərkəzində 3 yol təmirə bağlanacaq
# 05 aprel 2017 15:03 (UTC +04:00)

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, analoji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq. Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR