® DəmirBank daxili prosessinq sisteminə keçib

<font color=red>® </font> DəmirBank daxili prosessinq sisteminə keçib
# 24 oktyabr 2017 15:03 (UTC +04:00)

DəmirBank-da plastik kartların in-house (daxili) prosessinq mərkəzi olan Ocean sisteminin tətbiqi uğurla başa çatdırılmışdır. Yeni sistem kart məhsullarının yaradılması, çap edilməsi və s. kimi bir çox kart əməliyyatlarını Bank tərəfindən 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan idarə etməyə və plastik kartların funksionallığının artırılmasına geniş imkanlar yaradır. Yeni sistemə keçidin məqsədi müştərilərə daha sürətli və çevik xidmətin təmin edilməsidir.


DəmirBank qısa zamanda plastik kart müştəriləri üçün bir çox yenilikləri istifadəyə verəcək. Plastik kart sifarişi üçün Bank-ın istənilən filialına müraciət edə bilərsiniz. DəmirBank kartları ilə dünyanın 200-dək ölkələrində, o cümlədən Azərbaycanda xidmət və satış şəbəkələrində nağdsız ödənişlər həyata keçirə, eyni zamanda internet üzərindən rahat və sərhədsiz online ödənişlərdən yararlana bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR