Biləsuvarda yük maşını aşıb,sürücü xəsarət alıb

Biləsuvarda yük maşını aşıb,sürücü xəsarət alıb
# 25 yanvar 2017 19:23 (UTC +04:00)

Biləsuvarda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar rayonunun Xırmandalı kəndindən keçən hissəsində, Bolqarçay çayı üzərindəki körpünün üstündə qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı, 1946-cı il təvəllüdlü Həsən Qədiminin idarə etdiyi bitum daşıyan “Maks” markalı qoşqulu yük maşınının aşması, qoşqunun ayrılması Ələt-Astara yolunun bağlanması ilə nəticələnib. Sürücünün idarəetməni itirməsi səbəbindən maşın körpünün məhəccərinə çırpıldığından qoşqusu ayrılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qəza baş verəndən hazırkı vaxta kimi nəqliyyat vasitələri alternativ yoldan istifadə edirlər. Hazırda yolun təmizlənməsinə ağır texnika cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR