Bakıda fərdi evdə yanğın olub, bir nəfər xilas edilib

Bakıda fərdi evdə yanğın olub, bir nəfər xilas edilib
# 23 yanvar 2017 16:36 (UTC +04:00)

Bakıda fərdi evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR