Səhiyyə Nazirliyi Ağcabədidə ana və körpə ölümünün səbəblərini araşdırır

Səhiyyə Nazirliyi Ağcabədidə ana və körpə ölümünün səbəblərini araşdırır
# 19 yanvar 2017 09:58 (UTC +04:00)

Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana və körpə ölümünə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, 1985-ci il təvəllüdlü Təzəgül Qaraşova fəsadlaşmış mamalıq anamnezi ilə xəstəxanaya daxil olub və doğuş zamanı ölüm baş verib. Hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Səhiyyə Nazirliyinin Hamiləlik, doğum və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya tərəfindən ölümün səbəbləri araşdırılır. Ölümün səbəbləri araşdırmalardan sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR