Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın olub

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın olub
# 25 yanvar 2018 10:08 (UTC +04:00)

Rusiya paytaxtındakı azərbaycanlı iş adamlarına məxsus "Sadovod" bazarında yanğın baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarax İliyevə məxsus bazarda yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Onlar əvvəlcə yanğının yayılmasının qarşısını alıblar, sonra isə yanğın söndürülüb.


Moskva dairəvi avtomobil yolunun kənarında yerləşən "Sadovod" bazarında çalışanların əksəriyyəti azərbaycanlılardır. Onlar APA-ya bildiriblər ki, yanğın bazarın 18-19-cu sıralarında baş verib. Geyimin satıldığı bu sıralarda azərbaycanlılara məxsus dükanlar yanıb. Azərbaycanlı ticarətçilərə maddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR