Marneulidə “Gürcü Arzusu”nun namizədinin qələbəsi qeyd olunur

Marneulidə “Gürcü Arzusu”nun namizədinin qələbəsi qeyd olunur
# 21 oktyabr 2017 22:38 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının tərəfdarları Marneulidə icra başçısı vəzifəsinə namizəd Temur Abazovun qələbəsini qeyd edirlər.

APA-nın yerli bürosunun məlumatına əsasən, rəsmi nəticələrin elan olunmasa da, rayonun mərkəzi küçələrində “Gürcü Arzusu”nun bayraqları olduğu maşın karvanları siqnal verərək partiyanın yerli qərargahı istiqamətində hərəkət edir.

Marneuli rayonunda yerləşən bəzi seçki məntəqələri qarşısında gərginlik yaşanıb. Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarları bəzi seçki məntəqələri qarşısında aksiya keçiriblər. Onlar Marenulidə seçkilərdə Ə.İmamquliyevin qələbə qazandığını iddia edirlər.

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələri barədə rəsmi məlumatı bu gecə saat 02:00-da açıqlayacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR