"Atra Bank"ın daha bir əmlakı hərraca çıxarılıb

"Atra Bank"ın daha bir əmlakı hərraca çıxarılıb
# 12 iyul 2017 15:37 (UTC +04:00)

Ləğv prosesində olan "Atra Bank" ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0168 ha torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri yaşayış binası ötən gün ilkin satış qiyməti 1 mln. 10,190 min manat olmaqla açıq hərraca çıxarılıb.


Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.


Fondun "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları"na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

Xatırladaq ki, "Atra Bank" ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb. Hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Fondun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR