Rusiya səfirinin qatilinin ötən həftə fotosərgidə olduğu məlum olub

Rusiya səfirinin qatilinin ötən həftə fotosərgidə olduğu məlum olub
# 20 dekabr 2016 18:39 (UTC +04:00)

Ankaradakı fotosərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mövlut Mert Altıntaşın ötən həftə həmin sərgidə olduğu məlum olub.

APA-nın məlumatına görə, bu barədə “Röyters” mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, “Rusiya türklərin gözü ilə” fotosərgisi dekabrın 16-dan ziyarətçilərin ixtiyarına verilib.

“Ötən cümə qalereyada açılış mərasimi keçirilib və hücum edən şəxs bu tədbirdə olub. Ola bilsin ki, onun qalereyaya gəlişi kəşfiyyat xarakterli olub”, - deyə mənbə bildirib.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR