Astarada 15 yaşlı qız intihara cəhd edib

Astarada 15 yaşlı qız intihara cəhd edib
# 01 dekabr 2016 09:57 (UTC +04:00)

Astarada intihara cəhd hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, dağlıq ərazodə yerləşən Şümrü kən sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva ov tüfəngindən atəş açmaqla özünü öldürməyə cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal qızı Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Qarnın ön divarının sol yarısını dəlib keçən güllə yarası diaqnozu qoyulan Q.Əliyevaya ilkin tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra qızın həyatı üçün yasranmış təhlükə sovuşub.

Hazırda Q.Əliyevanın vəziyyəti stabil qiymətləndirilir. Yeniyetmə qızın intihar cəhdinin səbəbinin valideynlərinin sevdiyi oğlanla evlənməsinə razı olmaması göstərilir.

Faktı Astara Rayon Prokurorluğu araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR