Bakıda keçmiş məhkumdan 14 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 14 kq narkotik götürülüb
# 02 mart 2017 09:02 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR