Rusiyada uşaq it dişlədikdən sonra ölüb

Rusiyada uşaq it dişlədikdən sonra ölüb
# 25 avqust 2017 16:27 (UTC +04:00)

Rusiyanın İvanovsk vilayətində uşaq it dişləməsindən sonra ölüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, it dişləməsindən sonra xəstəxanaya yerləşdirilmiş 11 yaşlı oğlanın ölüm səbəbi müəyyənləşdirilir.

İstintaqın məlumatına əsasən iyulun 27-də Viçuqa şəhərində 11 yaşlı oğlanı ailəyə məxsus it dişləyib. O, şəhər xəstəxanasına aparılıb. Avqustun 16-da səhhətinin pisləşməsi ilə əlaqədar intensiv terapiya palatasına yerləşdirilib və süni nəfəs cihazına qoşulub. Dörd gün sonra oğlan ölüb.

Hazırda uşağın ölümünə it dişləməsinin səbəb olub-olmadığı araşdırılır və onun yerləşdirildiyi tibb məntəqələrinin nə dərəcədə təqsirkar olması müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR