ABŞ-ın keçmiş prezidenti Cimmi Karter əməliyyat olunub

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter əməliyyat olunub
# 04 avqust 2015 01:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın keçmiş prezidenti Cimmi Karter qara ciyərindən əməliyyat olunub.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər.

May ayında C.Karter səhhətində yaranan problem ucbatından Qayanaya səfərini təxirə salmışdı.

Xatırladaq ki, 2014-cü ilin oktyabrında Cimmi Karterin 90 yaşı tamam olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR