Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 şirkətlə 24 mln. manatlıq müqavilə imzalayıb

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 şirkətlə 24 mln. manatlıq müqavilə imzalayıb
# 03 may 2018 15:52 (UTC +04:00)

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən 5 tenderin qalibinin adı açıqlanıb.

"APA-Economics"in məlumatına görə, bu qurum tərəfindən sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işləri, inşaat və kommunal təyinatlı mal-materiallar və məmulatlar, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işləri, Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların əsaslı təmiri işləri üzrə keçirilən 4 tenderin qalibi "İnpeks.N MMC" şirkəti olub.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti bu şirkətlə mayın 1-də sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işləri ilə bağlı dəyəri 2 mln. 889 min 993,30 manat, inşaat və kommunal təyinatlı mal-materiallar və məmulatların alınması ilə bağlı 1 mln. 999 min 899,40 manat, məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işləri ilə bağlı 2 mln. 599 min 999,91 manat, Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların əsaslı təmiri işləri üzrə 4 mln. 850 min manat olmaqla ümumilikdə 12 mln. 339 min 893 manat müqavilə imzalayıb.

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda əsaslı təmir, tikinti, yenidənqurma və abadlıq işləri üzrə tenderin qalibi isə "Rəşad Abadlıq TTM" şirkəti olub. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti bu şirkətlə mayın 1-də dəyəri 11,5 mln. manat olan satınalma müqaviləsi imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR