Ağdamda yanğın olub

Ağdamda yanğın olub
# 12 sentyabr 2015 15:12 (UTC +04:00)

Ağdam - APA. Ağdam rayonunda yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın gecə saatlarında Baharlı kəndində qeydə alınıb.

Yanğın kənd sakini Həsənov Fərhad Sərhad oğlunun həyətyanı ərazisində yerləşən mal tövləsində 140 kv. metrlik sahəni əhatə edib. Tövlədə olan iki inəkdən biri tüstüdən boğularaq ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən birqadası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına səbəb elektirk naqillərində baş vermiş qısaqapanma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR