Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək

Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək
# 07 may 2018 20:01 (UTC +04:00)

Prezident Donald Tramp Yerusəlimdə ABŞ səfirliyinin açılış mərasimində iştirak etməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev mayın 14-də səfirliyin açılış mərasimində iştirak edəcək heyətin tərkibini açıqlayıb.

Məlumata əsasən, prezident Trampın adı siyahıda yoxdur. ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan rəhbərlik edəcək. Bundan əvvəl D.Tramp səfirliyin açılışında iştirak edəcəyini istisna etmirdi.

Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR