ABŞ-da həbsxanada iğtişaş baş verib, ölən və yaralananlar var

ABŞ-da həbsxanada iğtişaş baş verib, ölən və yaralananlar var
# 13 avqust 2015 01:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında “Folsom” həbsxanasında baş vermiş iğtişaş nəticəsində 1 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident avqustun 12-də qeydə alınıb.

Daha 5 dustağın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. İlkin məlumata əsasən, həbsxana əməkdaşlarına zərər dəyməyib.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR