Abdolbari Gözəl: ""Made in Azerbaijan" brendi altında mallar daha yüksək qiymətə satıla bilər"

Abdolbari Gözəl: ""Made in Azerbaijan" brendi altında mallar daha yüksək qiymətə satıla bilər"
# 17 dekabr 2019 11:19 (UTC +04:00)

"Qida təhlükəsizliyi gücləndikcə, qidaların ixrac potensialı da güclənir. Azərbaycanın 20 il əvvəlini düşünürəm, görün onda harada idik, indi haradayıq".

APA xəbər verir ki, bunu "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib. Onun sözlərinə görə, Azərbaycan "Made in Azerbaijan" brendi altında malları daha yüksək qiymətə sata bilər:

"Etibar çox vacibdir. Mən həmişə etibara önəm vermişəm. Bu etibar sayəsində də pul qazanmışam".

A. Gözəl kəndlilərin kənd yerlərində qalıb orada təsərrüfatla məşğul olmaları üçün təklifləri oduğunu bildirib:

"Biz kəndlilər üçün yol çəkməliyik, onları maarifləndirməliyik. Böyük investorlar bölgələrdə sosialyönümlü layihələr həyata keçirməlidirlər".

O, işsizliklə bağlı da təklifləri olduğunu və iş adamlarının toplantısında bu məsələlərin qaldırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR