MDM 452 min manatlıq mənfəət əldə edib

MDM 452 min manatlıq mənfəət əldə edib
# 25 sentyabr 2017 10:29 (UTC +04:00)

31 dekabr 2016-cı il tarixinə Milli Depozit Mərkəzinin (MDM) aktivləri 7,744 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

"APA-Economics" MDM-in illik hesabatına istinadən xəbər verir ki, aktivlərin 3,597 mln. manatı (+3,2 dəfə) uzunmüddətli, 4,147 mln. manatı (+29,11%) qısamüddətlidir.

Hesabat dövründə mərkəzin öhdəlikləri 1,761 mln. manata çatıb ki, bu da 36,44%-lik artımdan xəbər verir.

2016-cı il ərzində MDM-in nizamnamə kapitalı dəyişməyərək 2,7 mln. manat səviyyəsində qalıb. Mərkəz 2,759 mln. manat məbləğində kapital ehtiyatları yaradıb.

Hesabat ilinin sonuna MDM-in bölüşdürülməmiş mənfəəti 524,466 min manat, xalis mənfəət isə 451,755 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR