Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib

Ankarada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
# 27 iyun 2015 09:03 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Türkiyə paytaxtında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tədbirdə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin müavini Yaşar Gülər, Türkiyə Hava Qüvvələri komandanı Akın Öztürk, diplomatik korpus nümayəndələri, çoxlu sayda yerli və xarici qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan-Türkiyə hərbi münasibətlərinin əhəmiyyətindən danışıb.

Tədbirdə Azərbaycan Xalq Rəqsləri Dərnəyi xüsusi proqramla çıxış edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR