Bakı. Hafiz Heydərov – APA. Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nofəl Qafarov tutulub.
Faktla bağlı araşdırma aparılır.