Suriya Prezidenti Bəşər Əsədin 48 yaşlı həyat yoldaşı Əsma Əsəddə yenidən qan xərçəngi aşkarlanıb.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Suriya liderinin dəftərxanasından məlumat verilib.
Bildirilib ki, həkimlər müalicə müddətində onun ictimaiyyət arasında görünməsinə qadağa tətbiq edib.
Qeyd edək ki, daha əvvəl də bu xəstəlikdən əziyyət çəksə də, 2019-cu ildə ictimaiyyətə onun tam sağaldığı elan edilib.