Özünü və həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxunub

 Özünü və həyat yoldaşını öldürmək istəyən şəxsə hökm oxunub
# 04 sentyabr 2015 14:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində özünü və həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Təhmasib Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə T. Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Mirzəyev həyat yoldaşı Nigar Mirzəyevanı yaşadıqları binanın liftində bıçaqlayıb. Daha sonra o, bıçaqla öz damarlarını kəsib. Hər iki şəxs ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR