Türkiyəli professor: “Hökumət ikitərəfli münasibətləri düşündüyü üçün Trampın qərarına sərt reaksiya vermir”

Türkiyəli professor: “Hökumət ikitərəfli münasibətləri düşündüyü üçün Trampın qərarına sərt reaksiya vermir”
# 30 yanvar 2017 16:12 (UTC +04:00)

“Trampın qərarına dünya ölkələri sərt reaksiya göstərəcək”.


APA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Trampın miqrantlar barədə qərarını şərh edən İstanbuldakı Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının professoru Mənsur Akgün deyib.

M. Akgün bildirib ki, prezident Tramp bu qərarı ilə təkcə miqrantları yox, 7 ölkənin bütün vətəndaşlarının ABŞ-a girməsini məhdudlaşdırmaq istəyir: “ABŞ-dakı hüquq müdafiəçiləri və bəzi ölkələr qərara sərt reaksiya göstərsələr də, hələ ki dünya ölkələrinin o qərara geniş miqyasda reaksiya verdiyini görmürük. Məncə, yaxın günlərdə prezident Trampın məlum qərarına bir çox ölkədən ciddi şəkildə reaksiyalar göstəriləcək”.

APA-nın “Prezident Trampın qərarına indiyə qədər Türkiyədən yalnız CHP lideri Kamal Kılıçdaroğlunun reaksiya göstərdiyini gördük. Bunun səbəbi nədir?” - sualını isə professor belə cavablandırıb: “Türkiyənin rəsmi şəkildə sərt reaksiya göstərməməsinin arxasında ikitərəfli münasibətlərdə yaşanan sıxıntılar dayanır. İqtidar ilk növbədə ikitərəfli münasibətlərdə yaşanan problemləri həll etməyə çalışdığına görə prezident Trampın miqrantlar haqda qərarına açıq şəkildə reaksiya verməyi məqsədəuyğun saymır. İndiki vəziyyətdə iki müttəfiq ölkə arasındakı problemlərin həll edilməsi iqtidar üçün əsas şərtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR