Rostovda baş verən yanğın 120 evə ziyan vurub

Rostovda baş verən yanğın 120 evə ziyan vurub
# 22 avqust 2017 01:14 (UTC +04:00)

Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın söndürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Cənub regional mərkəzinin rəisi İqor Oder bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində Rostovda ümumilikdə 120 tikiliyə ziyan dəyib, onlardan 98 yaşayış evləridir.

Qeyd edək ki, ötən gün Rostovun mərkəzində güclü yanğın baş verib. Alov 10 min kvadrat metr ərazini əhatə edib. Ambulator yardım üçün 45 nəfər tibbi müəssisələrə müraciət edib, 7 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR