Cavid Qurbanov: "Şanxay" adlanan ərazidə dəmir yoluna sıx tikilən evlərlə bağlı məsələnin həlli istiqamətində işlər aparılır

Cavid Qurbanov: "Şanxay" adlanan ərazidə dəmir yoluna sıx tikilən evlərlə bağlı məsələnin həlli istiqamətində işlər aparılır
# 17 dekabr 2019 12:32 (UTC +04:00)

“Bakıda “Şanxay” adlanan ərazidə dəmir yolu xətlərinə sıx tikilən evlərlə bağlı məsələnin həll edilməsi istiqamətində işlər aparılır”.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransı zamanı deyib.

C. Qurbanov bu məsələ ilə bağlı vətəndaşlara da müraciət edib: "Evlərinizi tikəndə elə yerdə tikin ki, həm özünüz üçün təhlükə olmasın, həm də sonradan sökülməsin".

Qurumun sədri onu da əlavə edib ki, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan – elektrik xətləri və ya dəmir yollarının ərazilərini seçir.

""Şanxay" adlandırılan ərazini götürək. O ərazi, təəssüf ki, ev tikmək üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar", - deyə C. Qurbanov əlavə edib.

Buna baxmayaraq, QSC-nin sədr bildirib ki, bu ərazidə qeyri-qanuni olaraq yerləşən əhali var: “Biz onları əvvəlcə sənədləşdiririk, sonra çalışırıq ki, məsələni həll edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR