"Moody’s": Çinin korporativ borcu qlobal iqtisadiyyat üçün ən böyük təhlükədir

"Moody’s": Çinin korporativ borcu qlobal iqtisadiyyat üçün ən böyük təhlükədir
# 18 dekabr 2019 09:58 (UTC +04:00)

Çinin korporativ borcu qlobal iqtisadiyyat üçün ən böyük təhlükədir.

"APA-Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, bunu "Moody’s" beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi deyib.

Onun sözlərinə görə, ticarət müharibəsi və digər amillərin səbəb olduğu iqtisadi artımın yavaşlaması şəraitində bir çox Çin şirkəti çətinliklər yaşayır.

M. Zandinin fikrincə, ticarət müharibəsi Çinin korporativ borcunun azaldılması səylərinə mane olur və hazırda Pekin yavaşlayan iqtisadiyyatı stimullaşdırmaq üçün yollar axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR