Amano: "Şimali Koreya nüvə proqramını inkişaf etdirir"

Amano: "Şimali Koreya nüvə proqramını inkişaf etdirir"
# 13 aprel 2017 03:52 (UTC +04:00)

Şimali Koreya aşkar surətdə nüvə proqramını inkişaf etdirir.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano NHK telekanalına müsahibəsində bəyan edib.

“Yon Bon nüvə obyektində uranın zənginləşdirilməsi məqsədi ilə tikililərin sayı iki dəfə artıb. Ətraf ərazilərdə yardımçı binaların inşası davam etdirilir”, deyə Y.Amano qeyd edib.

Onun sözlərinə görə, rəsmi Pxenyan əvvəllər bəyan etdiklərini aşkar surətdə həyata keçirir: “Mən artıq uzun müddətdir ki, Şimali Koreyanın nüvə-raket proqramını izləyirəm. Fikrimcə, bu istiqamətdə gərginlik artmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR