Frank de Bur İtaliyanın “İnter” komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb

Frank de Bur İtaliyanın “İnter” komandasının baş məşqçisi postundan uzaqlaşdırılıb
# 01 noyabr 2016 15:45 (UTC +04:00)

İtaliyanın “İnter” klubu Frank de Burla yolları ayırıb. Apasport.az saytı xəbər verir ki, “neradzurra” hollandiyalı məşqçinin komandadan uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat yayıb.

Buna “İnter”in cari mövsümdə uğursuz nəticə göstərməsi səbəb olub.

Onun yerinə baş məşqçi funksiyasını müvəqqəti olaraq, Stefano Vyekki yerinə yetirəcək. “İnter”i Avropa Liqasında “Sauthempton”la matça əvəzedici heyətin çalışdırıcısı olan Vyekki çıxacaraq.

Qeyd edək ki, de Bur “İnter”in “sükanı” arxasına bu yay 6 il çalışdırdığı “Ayaks”dan ayrılaraq, keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR