Saatlıda yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb

Saatlıda yol-nəqliyyat hadisəsində bir nəfər ağır xəsarət alıb
# 22 may 2018 22:17 (UTC +04:00)

Saatlı sakini motosikleti idarə edərkən aşırıb və ağır yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 23.30 radələrində Saatlı rayonunun Heydərabad kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Saatlı sakini 1989-cu il təvəllüdlü Cəfərov Elgün Cəfər oğlu idarə etdiyi motosikleti aşırıb. Nəticədə bel nahiyəsindən ağır xəsarət alan yaralı Saatlı rayon xəstəxanasına, daha sonra isə Şirvan şəhər xəstəxanasına yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR