Ötən il Gürcüstanda 4,8% iqtisadi artım qeydə alınıb

Ötən il Gürcüstanda 4,8% iqtisadi artım qeydə alınıb
# 30 yanvar 2018 10:59 (UTC +04:00)

2017-ci ildə Gürcüstanda iqtisadi artım 4,8% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ilin təkcə dekabr ayında ÜDM-in artım tempi 4,7% olub.

Ötən ilin dekabr ayının digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 0,8% olub. Sənaye məhsullarının istehsal qiymətləri isə noyabr ayı ilə müqayisədə 0,8% azalıb. Gürcüstanın ötən ilki xarici ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 13,8% artıb.

Ötən ilini dekabrında qonşu ölkədə 3 611 müəssisə qeydiyyatdan keçib ki, bu da 2016-cı ilin dekabr ayı ilə müqayisədə 2,3% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 887,4 mln. lari, xərcləri isə 1 mlrd. 206,8 mln. lari təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR