"TuranBank"a iki baş direktor təyin olunub

"TuranBank"a iki baş direktor təyin olunub
# 02 dekabr 2016 08:50 (UTC +04:00)

"TuranBank" ASC-də idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində yeni vəzifə təyinatları olub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Bəxtiyar Məmmədov İnformasiya Texnologiyaları üzrə, Emil Mürsəlov isə Satış üzrə baş direktor vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, B. Məmmədov 2005-ci, E. Mürsəlov isə 2008-ci ildən etibarən "TuranBank"da öz əmək fəaliyyətlərinə başlayıblar. Yeni təyinatlaradək B. Məmmədov bankın İT departamentinin, E. Mürsəlov isə Marketinq və satış departamentinin direktoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR