Goranboyda avtomobil yanıb

Goranboyda avtomobil yanıb
# 28 iyun 2015 21:40 (UTC +04:00)

Bakı-APA. Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu, yaxınlıqda olan “VAZ” markalı minik avtomobilinin salonu və təkəri yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR