Dərbənddə 2 silahlı məhv edilib - YENİLƏNİB

Dərbənddə 2 silahlı məhv edilib - <span style="color: red;">YENİLƏNİB
# 16 oktyabr 2016 20:11 (UTC +04:00)

Bakı-APA. Dərbənddə keçirilən xüsusi əməliyyat zamanı 2 silahlı məhv edilib.

APA-nın xəbərində görə, bu barədə RİA Novosti agentliyinə DİN-dəki mənbə məlumat verib.

“Dərbənd şəhərində bir qrup silahlı mühasirəyə alınıb. Təslim olmaq çağırışına onlar atəşlə cavab veriblər. Cavab atəşi ilə 2 silahlı məhv edilib.”, deyə mənbə qeyd edib.

Əməliyyatın oktyabrın 17-i, səhər saatlarında davam edəcəyi bildirilir.

***

21:40

Bakı-APA. Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.

“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR