Xamneyi: “ABŞ İŞİD-i Əfqanıstana daşıyır”

Xamneyi: “ABŞ İŞİD-i Əfqanıstana daşıyır”
# 30 yanvar 2018 12:03 (UTC +04:00)

”ABŞ regionda öz mövcudluğuna bəhanə tapmaq üçün İŞİD-i Əfqanıstana daşıyır və bu şəkildə İsrailin təhlükəsizliyini təmin etməyə çalışır”.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın ali lideri Ayətullah Xamneyi deyib. O bildirib ki, ABŞ Əfqanıstandakı xaosun əsas mənbəyidir və son 20 ildə baş verən qırğınlar birbaşa ya da dolayı şəkildə ABŞ tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Əfqanıstanda son bir ayda Taliban və İŞİD tərəfindən təşkil olunan hücumlarda 282 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR