Gürcüstan xarici borcunu azaldıb

Gürcüstan xarici borcunu azaldıb
# 27 dekabr 2019 16:10 (UTC +04:00)

Bu ilin IV rübü ərzində Gürcüstanın toplam xarici borcu 433,5 mln. ABŞ dolları azalaraq 17,797 mlrd. dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.

Bildirilib ki, cari ilin II rübündə Gürcüstanın xarici borcu 18,321 mlrd. dollar təşkil edib. Sentyabrın 30-na olan göstəriciyə görə, Gürcüstanın ümumi xarici borcunun 5,323 mlrd. dolları dövlət sektoruna məxsus olub. Xarici borcda 404,6 mln. dollar isə Gürcüstan Milli Bankının payına düşüb. Hesabat dövründə Gürcüstanın kommersiya banklarının xarici borcu 4,249 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR