Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıb

Gədəbəydə avtomobil qaçıran şəxslər saxlanılıb
# 03 may 2018 07:49 (UTC +04:00)

Gədəbəy rayonunda avtomoibl qaçıran şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə, mayin 2-də Gədəbəy rayonu Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avtovağzal ərazisində ona məxsus “VAZ 2121” markalı avtomobilin tanımadığı şəxlər tərəfindən qaçırıldığını bildirib.

Dərhal Gədəbəy RPŞ-də əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomilin yerinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbilər nəticəsində müəyyən olunub ki, vətəndaşa məxsus avtomobili Gədəbəy rayon sakinləri - 1992-ci il təvəllüdlü Əfqan Əliyev və 1993-cü il təvəllüdlü Hafiz Abdullayev oğurlayıb. Saxlanılan şəxslər ilkin ifadələrində avtomobili rayon ərazisində gəzmək məqsədilə qaçırdıqlarını deyiblər.


Fakla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR