Metroda oğurluq edən şəxslər tutulub

Metroda oğurluq edən şəxslər tutulub
# 30 iyul 2018 10:25 (UTC +04:00)

Metroda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR