Qazaxıstan, Meksika və Litva prezidentləri Azərbaycan prezidentini təbrik ediblər

Qazaxıstan, Meksika və Litva prezidentləri Azərbaycan prezidentini təbrik ediblər
# 24 may 2018 16:16 (UTC +04:00)

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək".

Meksika Birləşmiş Ştatlarının prezidenti Enrique Pena Nieto və Litva prezidenti Dalya Qribauskayte də Azərbaycan dövlət başçısını təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR