ETSN Bakıda yaşıllıq ərazidə hasarın sökülməsi üçün aidiyyəti qurumlara müraciət edib

ETSN Bakıda yaşıllıq ərazidə hasarın sökülməsi üçün aidiyyəti qurumlara müraciət edib
# 28 mart 2018 08:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7-9 saylı binaların qarşısında yaşıllıq ərazinin hasarlanması ilə bağlı daxil olan məlumat Nazirliyin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən APA-ya bildirilib ki, keçirilən baxış zamanı 20 sot torpaq sahəsinin hasara alındığı və hasarlanmış ərazinin daxilində ümumilikdə yaş köküstə 32 ədəd müxtəlif cinsli ağacın (qovaq, sərv, söyüd, liqustur) olduğu müəyyənləşib.

Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı Şəhər İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR