"Azərbaycan Sənaye Bankı"nın gəlirləri azalıb

"Azərbaycan Sənaye Bankı"nın gəlirləri azalıb
# 23 iyul 2015 13:29 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərbaycan Sənaye Bankı" 2015-ci ilin I yarısında aktivlərini ötən ilin analoji dövrü ilə müqayisədə 20,13% artıraraq 485,68 mln. min manata çatdırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankın kredit portfeli 16,21% artaraq 166,3 mln. manat olub ki, bu da 1 il ərzində 16,21% artım deməkdir.

Bankın depozit portfeli cari ilin iyul ayının 1-ə 23,47% artaraq 271,456 mln. manata çatıb.

Məcmu kapitalın həcmi 4,17% artaraq 67 mln. 707,430 min manat olub.

Hesabat dövründə bankın gəlirləri 54,22% azalaraq 10 mln. 92,875 min manat təşkil edib. Bank I yarımilliyi 363,6 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR