"DekaBank"ın sabiq sədri azadlığa buraxılıb

"DekaBank"ın sabiq sədri azadlığa buraxılıb
# 05 iyul 2018 16:31 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə hər iki təqsirləndirilən barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti, azadlıqdan məhrum etmə) maddəsini tətbiq edib. N.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

N.Vəliyev həbs olunub, B.Hüseynov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilib.

N.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, B.Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR