“Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 18 aprel 2017 11:07 (UTC +04:00)

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Sağlam Təhsil-Sağlam Millət: görülən işlər, nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. APA-nın xəbərinə görə, ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, “Sağlam təhsil - sağlam millət” layihəsi məktəbyaşlı uşaqların inkişafı, maarifləndirilməsi, təhsili və sağlamlığının qorunması kimi mühüm vəzifələrin həllinə yönəldilib.

Təhsil nazirinin müşaviri Həsən Həsənli qeyd edib ki, hazırda “Sağlam təhsil” sinifləri Bakı və Sumqayıt şəhərlərində yerləşən 35 orta təhsil müəssisəsində fəaliyyət göstərir. Onun sözlərinə görə, layihə çərçivəsində şagirdlərin təhsil şəraitindən irəli gələn hərəkət məhdudluğu amilinin aradan qaldırılması və məktəbyaşlı uşaqların sağlamlığının qorunması təmin edilir: “Sağlam təhsil texnologiyalarının təhsil alanların fiziki-psixi sağlamlığına və təlim nailiyyətlərinə təsirini öyrənmək məqsədi ilə tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji monitorinqlər həyata keçirilir. Mütəxəssislər tərəfindən aparılmış monitorinqlərin statistik təhlilləri də göstərir ki, ənənəvi siniflərlə müqayisədə sağlam təhsil siniflərində şagirdlərin hər bir istiqamət üzrə nəticələri əhəmiyyətli dərəcədə yüksəkdir”.

Tədbirdə çıxış edənlər uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq olunmasının əhəmiyyətindən bəhs edib, bu pilot layihənin məktəblilərin sağlamlığının qorunmasına xidmət etdiyini bildirib və onun gələcəkdə daha da genişlənməsinə ümid etdiklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR